Azərbaycan - Türkiyə İşçi Qrupunun 3-cü iclası çərçivəsində imzalanan protokolun müvafiq bəndlərinin icrası məqsədilə gənclərdən ibarət nümayəndə heyəti Ankara şəhərinə səfər edib. Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov da olub.
Heyətin üzvləri Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ali təhsil müəssisələrinin sahə üzrə mütəxəssisləri ilə keçirilən görüşlərdə və platformanın öyrənilməsinə dair bir sıra məlumatlandırma sessiyalarında iştirak ediblər.
Görüşlər zamanı "e-Bələdçilik" platformasının funksional imkanları, tətbiq mexanizmləri, gənclərlə iş sahəsində istifadəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.